Əvəz Zeynallı ürəyindən müalicə alır

evez z07.07.2014

Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı iyulun 7-də “Media forum” saytına açıqlama verib. Məlahət Zeynallı həyat yoldaşı ilə ötən həftə görüşdüyünü deyib: “Ümumi vəziyyəti yaxşıdır, pis demək olmaz. Amma həbsdə olana yaxşı deyəndə adam özünü narahat hiss edir. Əvəzdə ürək sıxıntısı və döyüntüləri artmışdı. Həbsxanada onu kardioloq müayinə etdi, müəyyən dərmanlar yazdı. İndi müalicə qəbul edir. Gözləyək görək müalicə necə təsir göstərəcək”.

Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan “Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

http://www.mediaforum.az/az/2014/07/07/Əvəz-Zeynallı-ürəyindən-müalicə-alır-015712507c00.html#.U7p-Ix-SjZI

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button