Azercell jurnalistlər üçün növbəti təlim təşkil edir

Azercell sloqan30.12.2014

Hər zaman olduğu kimi qarşıdan gələn ilin tam başlanğıcında, yəni yanvarın 8-9-da Azercell Telekom media nümayəndələri üçün növbəti peşəkar təlim təşkil edəcək.

İki  gün davam edəcək təlim Sosial Media sahəsində jurnalistlərin biliklərinin artırılması üçün nəzərdə tutulub. Təlimlərdə təlimçi qismində Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meyson iştirak edəcək. Den Meyson iştirakçılara Google – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edəcək.

İştirakçılar üçün    seçim meyarları:   Təlimdə çap və internet mediası, həmçinin elektron KİV nümayəndələri iştirak edə bilər. Təlimə qatılmaq istəyən jurnalistlər özləri haqqında məlumatı (ad-soyad, təvəllüd, iş yeri, əvvəlki iş təcrübəsi, təhsili və əlaqə məlumatları) qeyd etməlidirlər. Məlumatları 05.01.2015 tarixinə qədər pressazercell@gmail.com ünvana göndərmək lazımdır.

Xatırladaq ki, Azercell Telekom MMC fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olub. Jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün mütəmadi ingilis dili kursları təşkil olunmaqdadır. Indiyə qədər Azercell tərəfindən çoxsaylı təlimlər keçirilib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı – Mediacell tarifini hazırlamışdır. Hazırda Azercell-in təklifləri sırasında Mediacell ən populyar paketlərdən biridir.

Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam etməkdədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button