Fəzail Ağamalı Rövşən Lənkəranskini “vurdu”…

evez-zeynalli-dusunceliƏvəz Zeynallı

Deputat, hörmətli Fəzail Ağamalı Rövşən Lənkəranskidən bəhs edib və onu öyüb. İşin mənəvi, insani yönünü bir tərəfə qoyuram. Bir deputat necə belə fikirləşə bilər, onu da bir kənara qoyuram. Onsuz da biz deputatlardan yarımadıq. Biri deyir, müəllimlər dərsdən sonra fəhləlik etsin, o biri deyir, 26 dəfə Həcc ziyarətinə getmişəm və s. Bunlar deputat deyillər ki… Təyinatla deputat olmağın millət vəkili olmaqdan fərqi də buradadır)))
Mən işin “vorovskoy” tərəfini düşündüm dərhal. Ağsaqqal Fəzail Ağamalı dövlət adamıdır. Ya vəlvələdən, ya zəlzələdən ona 15-20 illik deputat ömrü biçiblər. Həmişə dövlətə işləyib. Lazım olanda həmkarının torbasını tikib, deputat yoldaşının üzünə durub. Buna kriminal aləmdə “işverənlik” də deyirlər. Ona görə də hörmətli Fəzail Ağamalının – Allah başına gətirməsin – “zon”da yeri çox pis yerdədir və adı da çox pis ifadə olunur. Belə bir adamın – lap yaxın qohumu olsa belə, Rövşən Lənkəranskinin adını çəkməsi, onu tərifləməsi, hər şeydən əvvəl Rövşən Lənkəranskinin özünə ziyandır. Rəqibləri onu bu kartla vura bilərlər. Belə çıxır ki, Fəzail Rövşən Lənkəranskini tərifləməklə onu nüfuzdan salmaq istəyir.
Güman edirəm ki, Rövşən Lənkəranski bu məsələyə reaksiya bildirəcək. Ona Fəzail kimi reputasiyası dumanlı adamın indiki vəziyyətdə belə mədhiyyələri heç lazım deyil. Kriminal dünya belə zarafatları bağışlamır…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button