Azercell-dən yeni Smartfon kampaniyası!

Smartfon17.03.2015

Huawei Y520 Smartfonunu al və Azercell-dən 6 ay ərzində hər ay 5GB-dək Pulsuz İnternet əldə et

 Azercell 4,5 milyonluq abunəçi ailəsi üçün Novruz bayramı ərəfəsində daha bir sərfəli kampaniyaya başlayır. 17 mart tarixindən etibarən butün Azercell-lilərPulsuz İnternet kampaniyasından yararlana bilərlər.

Kampaniya çərçivəsində bütün – yeni, mövcud, və Azercell şəbəkəsinə MND çərçivəsində keçən SimSim abunəçiləri Azercell diler məntəqələrindəHuawei Y520 mobil telefonu almaqla 6 ay boyunca hər ilk yükləmələrinə 5 GB-dək Pulsuz İnternet əldə edəcəklər. Kampaniyaya qoşulmaq üçün abunəçi  8838 qısa nömrəsinə SMS göndərməlidir. Kampaniyaya Azercell Diler dükanlarında qoşulmaq mümkündür. Abunəçi kampaniyaya qoşulduğu andan etibarən sistem abunəçinin 6 ay ərzində yükləmələrinə nəzarət edəcək:

– 3 AZN dəyərində kart yüklənildikdə – 500MB
– 5 AZNdəyərində kart yüklənildikdə – 1GB
– 10 AZN dəyərindəvə yuxarı məbləğdə kart yüklənildikdə – 5GB internet qazanacaq.

İnternet paketdən istifadə müddəti 30 gün təşkil edəcək.Verilmiş  həcm 30 gün keçmədən bitərsə, 30-cu günün sonunadək sürət 128Kb/s enəcək və trafik pulsuz olacaq.Pulsuz İnternet paketi olan nömrələr “1 saat”, “3 saat”, “Həftəsonu”, “Gün” (500MB) və “Gecə”paketlərindən istifadə edə bilər.Onu da qeyd edək ki, hər nömrədə kampaniyaya 1 dəfə qoşulmaq mümkündür.

Məlumat üçün bildirək ki,hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir.  Azercell indi nəinki telefondan, ümumiyyətlə müxtəlif cihazlardan sürətli internetə çıxışı təmin edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib.

 Azercell şirkəti undan sonra da öz abunəçilərinin mobil internetdən sərfəli və rahat şəkildə istifadəsi üçün yeni məhsul və kampaniyalar yaratmaqda davam edəcək. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button