Abdulla Abdullayevə yaxınları ilə görüş verilmir

abdulla 431.03.2015

Bu haqda məlumatı XuralTAC-ın Bakı Ağır Cinayətlər Məhkəməsinə təhkim olunmuş müxbiri, iş adamı Abdulla Abdullayevin proses zamanı etdiyi çıxışa əsasən verib.  

İstintaq və mәhkәmә prosesi zamanı A.Abdullayevin ailә üzvlәri və vəkilləri onunla yaxınlarının görüşməsi üçün hakimə, müstәntiqә, prokurora müraciәt elәsәlәr dә, onlara görüş üçün icazә verilməyib.

Abdulla Abdullayev təcridxana rəhbərliyi tərəfindən onun yaxınları ilə görüşə icazə verməməsini özünə təzyiq kimi qiymətləndirib. İş adamı məhkəmə prosesi gedən hər bir şəxsin həftədə bir dəfə yaxın qohumları ilə görüşməsinə imkan yaradıldığını, lakin ona bu imkanın verilmədiyini söyləyib.

O zaman istintaq altında olan şәxs yaxınları ilә necә vә hansı şәraitdә görüşә bilər?

Qeyd edək ki, istintaq tәcridxanasında saxlanılan şәxslәrin görüş, telefon danışıqları, sovqatların alınması vә sair mәsәlәlәr Cәzaların İcrası Mәcәllәsi ilә tәnzimlәnir.

Cinayәt‑Prosessual Mәcәllәnin 161.0.3 maddәsindә deyilir ki, әdalәt mühakimәsi mәnafeyinin ziddinә, tәhlükәsizliyin vә hәbsdә saxlanılma yerinin qaydalarının gözlәnilmәsi naminә bir sıra mәhdudiyyәtlәr istisna olmaqla hәbsdә saxlanılan şәxsin ailә üzvlәri, dostları vә ya әlaqәlәri onun üçün qanuni maraq doğuran digәr şәxslәrlә lәyaqәtli şәraitdә vә nәzarәt altında görüşlәrini keçirmәk dә istintaq tәcridxanası rәisinin vәzifәlәrinә daxildir.

Amma reallıqda istintaq tәcridxanasında saxlanılan şәxslәrin yaxın ailə üzvləri vә başqaları ilә görüşü yalnız müstәntiqin vә ya prokurorun razılığı ilә olur.

Cәzaların İcrası Mәcәllәsinә görә, xüsusi müәssisәnin müdiriyyәti mәhkum qeydiyyata aldıqdan sonra ona beş gün müddәtәdәk ailәsi ilә görüşmәk üçün icazә verә bilәr. Xüsusi müәssisәnin daxili intizam qaydalarını pozmayan ailәli mәhkumlara xüsusi müәssisәnin müdiriyyәtinin qәrarına görә, ailәsi ilә icarәyә götürülmüş vә ya şәxsi yaşayış sahәsindә yaşamağa icazә verilir. Belә mәhkumların hәr ay bir dәfәdәn dörd dәfәyә qәdәr xüsusi müәssisәdә qeydiyyatdan keçmәsi xüsusi müәssisәnin müdiriyyәtinin qәrarı ilә müәyyәn edilir. Müәyyәn müddәtә azadlıqdan mәhrum etmә növündә cәzaya mәhkum olunmuş şәxslәr istintaq tәcridxanasının müdiriyyәti tәrәfindәn hökmün surәtini vә onun icrası barәdә mәhkәmәnin göstәrişi alındığı vaxtdan on gündәn gec olmayaraq cәzalarını çәkmәk üçün cәzaçәkmә müәssisәlәrinә göndәrilirlәr. Mәhkum bu müddәt әrzindә yaxın qohumları ilә bir qısamüddәtli görüş hüququna malikdir. Mәcәllәyә görә, mәhkumlara cәzaçәkmә müәssisәsinin әrazisindә dörd saatadәk qısamüddәtli vә bir gündәn üç günәdәk uzunmüddәtli görüşlәr verilir. Qısamüddәtli görüşlәr qohumlarla vә başqa şәxslәrlә cәzaçәkmә müәssisәsinin nümayәndәsinin iştirakı ilә verilir. Mәhkumlara uzunmüddәtli görüşlәr birlikdә yaşamaq hüququ ilә yaxın qohumlarla (arvadı, әri, valideynlәri, babası, nәnәsi, övladları, övladlığa götürәnlәri vә götürdüklәri, nәvәlәri, qardaşları vә bacıları) verilir. Mәhkumların xahişi ilә uzun müddәtli görüşlәr qısa müddәtli görüşlәrlә әvәz edilә bilәr. Mәhkumlara müsbәt tәsir göstәrә bilәcәk digәr şәxslәrlә görüş üçün cәzaçәkmә müәssisәsinin müdiriyyәti tәrәfindәn şәrait yaradılır. Görüşlәrin sayı vә növlәri mәcәllә ilә müәyyәn edilir. Ağır xәstәliyi ilә әlaqәdar hәyatı üçün tәhlükә yaranan mәhkumun yaxın qohumlarına ona baş çәkmәk üçün cәzaçәkmә müәssisәsinin müdiriyyәti tәrәfindәn imkan yaradılır.

Mәhkumlara yaxın qohumları ilә uzun müddәtli görüşlәr ildә dörd dәfә üç günәdәk müddәtә birgә yaşamaq hüququ ilә cəza müəssisəsinin xüsusi tәchiz olunmuş otaqlarında verilә bilәr.

Cәzaların İcrası Mәcәllәsinin 22‑ci maddәsinә görә (Cәzaçәkmә müәssisәlәrinә baş çәkilmәsi), qanunvericilik hakimiyyәti orqanı tәrәfindәn müvәkkil edilmiş Azәrbaycan Respublikası Milli Mәclisinin deputatları, müvafiq icra hakimiyyәti orqanlarının icraatında olan cinayәt işlәri üzrә istintaq vә digәr prosessual hәrәkәtlәri aparan tәhqiqatçılar vә ya müstәntiqlәr, tәhqiqata vә ibtidai istintaqa prosessual rәhbәrliyi hәyata keçirәn prokurorlar, habelә mәhkәmә nәzarәti funksiyalarını hәyata keçirәn hakimlәr öz vәzifәlәrini yerinә yetirәrkәn müәyyәn müddәtә azadlıqdan mәhrum etmә vә ömürlük azadlıqdan mәhrum etmә növündә cәzanı icra edәn müәssisәlәrә baş çәkә bilәrlәr.

Azәrbaycan Respublikasının insan hüquqları üzrә müvәkkili (ombudsman) maneәsiz vә әvvәlcәdәn xәbәrdarlıq etmәdәn cәzaçәkmә müәssisәlәrinә daxil ola, orada saxlanılan şәxslәrlә görüşüb, tәkbәtәk söhbәt edә vә onların hәmin yerlәrdә saxlanılmasının qanuniliyini tәsdiq edәn sәnәdlәrlә tanış ola bilәr. Kütlәvi informasiya vasitәlәrinin nümayәndәlәri vә mәcәllәdә göstәrilәn digәr şәxslәrin müәyyәn müddәtә azadlıqdan mәhrum etmә vә ömürlük azadlıqdan mәhrum etmә növündә cәzanı icra edәn müәssisәlәrә baş çәkmәlәri yalnız müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş hallarda vә qaydada hәyata keçirilә bilәr. Müәyyәn müddәtә azadlıqdan mәhrum etmә vә ömürlük azadlıqdan mәhrum etmә növündә cәzanı icra edәn müәssisәlәrә daxilolma qaydası müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

Abdulla Abdullayev 2014-cü il aprelin 5-də həbs olunub. Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilib ki, Abdullayev haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Sonradan isə AR CM-nin 178.3.1; 178.3.2; 179.3.1 və 193-1.3.2 maddələri ilə ittiham edilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Məhkəmədə çıxışı zamanı A.Abdullayev bütün bu ittihamları rədd edib.  O istintaq orqanının “mülki işi”, “cinayət işinə” çevirməsini “absurd” hesab edir və həbsini Azərbaycanda iri sahibkarlığa zərbə kimi dəyərləndirib. A.Abdullayev Azərbycanda bütün məhkəmə instansiyalaını başa vurduqdan sonra Avropa Məhkəməsinə müraciət edəcəyini də açıqlayıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button