Böyükkişi Heydərli öldü
Ağır xəstəlikdən əziyyət çəkən şair Böyükkişi Heydərli bu gün səhər gözlərini əbədi yumub.
Böyükkişi Heydərli 1951-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub.
Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında ikən şeirləri “Ulduz” və “Azərbaycan” jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə “Səs” qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından “Yeni Müsavat” qəzetində işləyib. 1993-cü ildə “Dünya” jurnalının redaktoru olub.
Yazıçı Qor təxəllüsü ilə də əsərlər yazır. “Sakit küçədə qətl”, “Yaşıl cənnət çiçəyi”, “Yetişmiş tut ağacı” və sair əsərlərin müəllifidir. 2001-ci ildə “Səmasız buludlar” adlı şeirlər kitabı işıq üzü görüb.