Azərbaycan nefti yenidən ucuzlaşıb
xural.com apaeconomics-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,62% və ya 1,03 dollar azalaraq 62,61 dollar olub.