Avropa Məhkəməsi Mirzə Sakit barədə qərar çıxarıb: 9 min avro təzminat
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Palatası “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sakit Zahidovun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb.
Məhkəmə ona qarşı Avropa İnsan Haqları Konvensiyasının istintaqın ədalətli aparılmasını əks etdirən 6-cı maddəsinin pozulmasını təsdiqləyib. (APA)
AİHM həmçinin 9 min avro dəyərində mənəvi və 3, 048 avro dəyərində digər xərclər üçün təzminatla bağlı qərar çıxarıb.
Qeyd edək ki, S. Zahidov hazırda Belçikada yaşayır.