Vidadi Zeynalovun kabinetindən xəzinə tapıldı

vidadi zeynalov

Bir neçə gün əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından əsl xəzinə tapılıb.

Məlumatı “Bizimyol.info” yayıb. Xəbərdə bildirilir ki, axtarışlar zamanı yüksək çinli məmurun qızı əşyalara böyük marağının olduğu ortaya çıxıb. Belə ki, iş otağından xeyli sayda Çar Rusiyası dövrünün qızıl onluqları, iyrimibeşlikləri, Azərbaycanın müstəqilliyinin 10 illiyi münasibəti ilə buraxılmış qızıl sikkələr, 5 ədəd İsveçrənin ən məşhur firmalarının istehsalı olan qızıl saatlar, ona qədər qızıl, brilliant işləmələrlə xüsusi sifarişlə hazırlanmış qələmlər, üzərində 50, 100 və 1000 dollarlıq əskinaslar təsvir olunmuş son dərəcə bahalı suvinerlər və bir neçə qızıl külçələr tapılıb. Mənbə bildirib ki, həmin əşyalar aktlaşdırılaraq götürülüb.

Məlumatda daha sonra bildirilir ki, Vidadi Zeynalov hakimiyyətdə ən varlı şəxslərdən biri olub. Onun şəhərin müxtəlif yerlərində ondan artıq dəbdəbəli villası, ofis və ticarət mərkəzləri, otelləri restoranları, gözəllik salonları, ölkənin səfalı bölgələrində istirahət mərkəzləri var. Mənbə təkcə onun «varlılar məhəlləsi» adlandırılan Teymur Əliyev küçəsindəki möhtəməş sarayının on milyon dollardan artıq qiymətinin olduğunu qeyd edib. V.Zeynalovun əsas gəliri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə həyata keçirilən infrastruktur layihələrindən çıxıb. Belə ki, ona məxsus çoxlu sayda firma bir qayda olaraq tenderlərdə dəyəri on milyonlarla ölçülən layihələri qazanıb.

Xatırladaq ki, V.Zeynalov vəzifəsindən azad edilən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova görə işdən çıxarıldığı bildirilir. Onun qardaşı Vahid Zeynlov Milli Təhlükəsizlik Nazirliyinin tədris mərkəzinin rəisi olub. Son hadisələrdə V.Zeynov vəzifəsindən azad edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button