Dövlət Neft Fondu 26 banka 100 milyon ABŞ dollar satdı
Martın 4-də Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 26 banka satılıb.
Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.