Minsk qrupunun amerikalı həmsədrindən maraqlı qeyd: “Mənimlə razı deyilsiniz?”
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tərəflərini konfliktin danışıqlar yolu ilə nizamlanması üzərində işləməyə çağırıb.
Apa.az-ın məlumatına görə, bu barədə Ceyms Uorlik özünün “Tvitter”dəki səhifəsində yazıb:
“Son çox sayda itkidən sonra münaqişənin dayandırılmasının və danışıqlar yolu ilə həllinin vaxtıdır. Dağlıq Qarabağda sülh zamanıdır. Mənimlə razı deyilsiniz?”.