Prezident İlham Əliyev və xanımının Türkiyə səfəri başa çatdı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Türkiyəyə işgüzar səfəri aprelin 15-də başa çatıb.
Dövlət başçısını Atatürk Hava limanında iqtisadiyyat naziri Mustafa Elitaş və digər rəsmilər yola salıb. Xatırladaq ki, səfərdə məqsəd İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitində iştirak etmək idi.