Türkiyədə səs-küylü FETÖ əməliyyatı: 1000 nəfər tutuldu
Türkiyənin 81 bölgəsində əməliyyat keçirilib.
BakiPost.az xəbər verir ki, 8500 polisin iştirak etdiyi əməliyyatda 1000 nəfər Fətullah Gülən Terror Təşkilatının üzvü saxlanıb.
Həbs edilənlər arasında B.Y adlı bir vəkilin Bülənt Arıncın keçmiş şəriki olduğu üzə çıxıb. Həmin şəxs Arınc millət vəkili seçilməmişdən əvvəl onunla ortaq olub. FƏTÖ üzvü kimi saxlanan vəkil Manisa cəzaçəkmə müəssisəsinə göndərilib.
AKP hakimiyyəti ötən il 15 iyul gecəsi ordunun əli ilə hərbi çevrilişə cəhd etmiş F.Gülən şəbəkəsinə qarşı fasiləsiz olaraq mübarizə aparır, gülənçilər həbs edilir.
Onların arasında vəzifəlilər, məmurlar, hərbçilər, polislər və s. dövlət qulluqçuları var.