|

Nizami Sadıqov su borularını da söküb satır

Ağdamın icra başçısının əməllərindən əhali cana doyub

 Ağdam rayon sakini Elnur Abdullayev redaksiyamızın elektron ünvanına məktub göndərib. Sakin məktubda yazır ki, Ağdam Suvarma sistemləri idarəsinin rəisi Şahmar Rzayev Dövlət Neft Fondunun vəsaiti hesabına tikilən və 12 qəsəbənin su ehtiyaclarını ödəyən subartezian quyularının ehtiyat nasos və su borularını söküb satmaqla məşğuldur.

E.Abdullayevin bildirdiyinə görə, su nasosları keyfiyyətsiz və köhnə olduğuna görə tez-tez sıradan çıxır və onların təmiri həftələrlə vaxt aparır. Həmin müddətdə isə əhali içməyə bir qram da su tapmır, çünki ehtiyat nasoslar qanunsuz olaraq satılıb: «Şahmar Rzayev əhaliyə bildirir ki, ehtiyat nasos və boruları satıb icra başçısı Nizami Sadıqova 30 min manat vermişəm. Mən neyləyim?»

Məktub müəllifi su idarəsində işləyənlərin vaxtlı-vaxtında əməkhaqqı ala bilmədiklərini, maaşların kart sistemi ilə deyil, əlbəəl ödəndiyini və bunun da fırıldaqlara yol açdığını bildirərək, aylarla əməkhaqqı ala bilməyən fəhlələrin aylığına göz dikilməsindən şikayətlənir.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Oxunma sayı: 752

Qısa URL: http://www.xural.com/?p=8151

Göndərən: 7 Okt 2011. Bölmə Araşdırma. Siz bu yazıya verilən şərhləri izləyə bilərsiniz: RSS 2.0. Siz bu göndəriş üçün şərh və ya geriizləmə yaza bilərsiniz.

Şərh yazın

120x600 ad code [Inner pages]

Xəbər xətti

Ən yeni şərhlər

  • Jalə: Çox gözəl şeirlərdir.
  • azerbaycan gozeli: Buradakı şeirler çox xoşuma geldi.Ən əxsus Gulurler seirini heddinden artiq çox beyendim.Şeirlerin...
  • Seadet: Bizim dövlet “Ay aman respublikamizda bir nefer de inkishaf edib ireli gedir,göresen nece lengide...
  • Ilqare: Bir milletin ki pasport sisteminin nezareti icrasi ermeniye verilib, day ne gozduyesen bundan? Yeri yurdu...
  • GULESEN: SEVGIDIR INSANI DUNYADA YASADAN, SEVGISIZ INSANIN NE SIRDASI VAR…

Ən çox oxunanlar

Sayğac



1-CI.BIZ Reytinq Sistemi

free counters