Qaraqan vergidən yayınır

Qaraqan

Birinci Milli Kitab Mükafatının (MKM) qalibi Elxan Qaraqan müsahibələrində ayda 3 min manat qazandığını bildirmişdi.

Xatırladaq ki, bu günə kimi Qaraqanın üç kitabı – “A”, “Bir milyon dollarım olsaydı” və “Исповедь Одного Извращенца” romanları çapdan çıxıb. Bundan başqa, Qaraqan “HOST” qrupunda çıxış edir və mütəmadi olaraq solo konsertlər verir. Nəzərə alsaq ki, reper gənclərin sevimlisidir, onda onun solo konsertlərindən də kifayət qədər gəlir əldə etdiyini düşünmək olar.

Qaraqan özü də çıxışları zamanı pərəstişkarlarından razılıq edir və konsertlərindən həmişə yaxşı qazandığını  bildirir. Bəs, görəsən, Elxan Qaraqan yazıçılıq və reperlik fəaliyyətindən əldə etdiyi gəlirdən vergi ödəyirmi?

Məsələni araşdırmaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən vergi ödəyicilərinin siyahısından “Zeynallı Elxan Aqşin oğlu” adına sorğu verdik. Ancaq sorğuya cavab olaraq bu adda vergi ödəyicisinin mövcud olmadığı bildirildi.

 Rövşən

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Bizim dövlet “Ay aman respublikamizda bir nefer de inkishaf edib ireli gedir,göresen nece lengide bilerik addimlarini” Az qalsin deyecekler ki, Qaraqani hami sevir sevgi istismari vergisi vermelidi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button