Akif Çovdarov qandallandı, generala 3 ay həbs verildi

covdarov-mehkeme2

Səbayel Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb.

Virtualaz.org saytının hazırda məhkəmə binası önündə olan müxbiri xəbər verir ki, məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.

A.Çovdarov məhkəmədən Bakı İstintaq Təcridxanasına aparılıb.

*   *   *15:59

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov çoxsaylı polis maşınlardan ibarət konvoyun müşayiəti ilə Səbayel Rayon Məhkəməsinin binasına gətirilib.

Virtualaz.org saytının hazırda məhkəmə binasının önündə olan müxbirinin verdiyi xəbərə görə, məhkəmə generalın həbsinə dair təqdimatı nəzərdən keçirir.

Müxbirimizin müşahidəsinə görə, general Çovdarov həddən artıq əzgin və dilxor görünüb, ümidini itirmiş adam təsiri bağışlayıb.

Məhkəmə prosesi qapalı şəkildə keçirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button