Almaniya hökuməti yeni strategiya qəbul edib, Rusiya Avropanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirilib

Almaniya hökuməti yeni təhlükəsizlik strategiyası qəbul edib, Rusiya Avropanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirilib

Sənəddə Ukraynadakı müharibədən sonra yaranan yeni reallıqlar xüsusi vurğulanıb.

Strategiyada Rusiya Avropada dünya nizamına ən ciddi təhlükə kimi qiymətləndirilib.

Qeyd olunub ki, Almaniya və NATO Rusiya ilə münasibətlərdə qarşıdurma axtarmır, əksinə müttəfiqlərini müdafiə etməyə hazırdır: “Almaniya hökuməti Avropa İttifaqının Ukrayna, Moldova, Qərbi Balkan ölkələri və Gürcüstan hesabına genişlənməsinin tərəfdarıdır. Ukraynadakı münaqişənin qonşu ölkələrə yayılmasının qarşısını almaq lazımdır”.

Eyni zamanda bildirilib ki, Almaniyanın məqsədi nüvə silahı olmayan təhlükəsiz dünyanı təmin etməkdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button