Arif Hacılıdan Əli İnsanova dəstək

Arif Hacılı: “Bu, artıq siyasi rəqiblərə qarşı repressiya siyasəti çərçivəsindən də kənara çıxır – bu, qisasçılıqdı”.

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işi başlanılıb.

Əli İnsanova qarşı yeni cinayət işinin açılması xəbərinə Müsavat Partiyasının başqanı Arif Hacılı münasibət bildirib.

“Professor Əli İnsanova qarşı həbsxanada xəstələri yanlış müalicə etdiyi üçün yeni cinayət işi açıblar. Bu, artıq siyasi rəqiblərə qarşı repressiya siyasəti çərçivəsindən də çıxır. Bu qisasçılıqdı.
Hakimiyyət belə gülünc ittiham irəli sürməklə, həm də cəmiyyəti saymadığını, ictimai-rəylə hesablaşmadığını nümayiş etdirir”, – Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

Əli İnsanova qarşı yeni cinayət işinin başlanması barədə onun vəkili Toğrul Babayev bildirib.

T.Babayevin sözlərinə görə, ötən gecə Ə.İnsanovun vəkillərinə Qaradağ rayon Prokurorluğundan zəng edilərək məlumat verilib: “Hazırda sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında gözləyirik. Lakin bizə Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işinin başlanılması barədə məlumat verilməyib. Prokurorluq əməkdaşları Cəzaçəkmə Müəssisəsinə daxil olsa da, bizə çöldə gözləmə ilə bağlı göstəriş verilib”.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button