Arif Hacılının oğlu ev dustaqlığına buraxıldı
Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılıb.
Bu barədə Yasamal Rayon Məhkəməsi qərar qəbul edib.
Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobilin manevr edərkən bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib edib.