Artıq siyasi məhbuslar ən çətin şəraitdə belə bir-birinin yanındadır

Zümrüd Yağmur

Siyasi məhbus ailələrinin koordinasiya mərkəzi

 

Artıq uzun müddətdir ki, bir cümləyə görə hakimiyyətin qəzəbinə tuş gəlmiş iki gənc girovluqda saxlanılır. İndi onlardan biri, Bayram Məmmədovun durumu yenə də yaxşı deyil. 13 saylı həbsxanada saxlama şəraiti o qədər bərbaddır ki, artıq Bayramın böyrəklərində ciddi fəsadlar yaranıb.

Şərləyib həbs etdiyiniz bu gənclər sizin istədiyiniz kimi düşünmürsə həbs olunmalıydımı? Siz və sizin övladlarınız da bizim istədiyimiz kimi yaşamır. Sizin övladlarınız idarə etdiyi maşınla adamı vurub öldürür, yemək yediyi restoranda nəsə xoşuna gəlməyəndə adam bıçaqlayır… Daha sayaqmı?

Onların yeri həbsxana olmalıykən əsgər ölümlərinə “yox” deyən İlkin illərdir ki, həbsdədir. Bilirik, o əsgər ölümlərinə sussaydı, bu gün həbsdə deyildi.

Onu da bilirik ki, sizin kölələşdirmə siyasətinizə göz yumsaydı, bu gün Bayram, Qiyas da həbsdə deyildi.
Elgiz ona görə həsdədir ki, bu ölkədə gəncliyi yoluxdurmaq istədiyiniz əyləncə və boşluq virusuna yaxalanmayıb.
Bayramın durumundakı rahatsızlıq artıq günlərdir mediyanın gündəmindədir. Onun etiraz olaraq aclıq etmək istəyinə həmrəy olaraq İlkin və Elgiz də ona dəstək olmağa qərar veriblər. Artıq siyasi məhbuslar ən çətin şəraitdə, həbsxanada belə bir-birinin yanındadır və biz onlardan nümunə götürməliyik.

Bu üzdən biz də, Siyasi məhbus ailələrinin koordinasiya mərkəzi gənclərə dəstək olaraq gələcək həftəni onların, xüsusən də Bayramın həftəsi elan edirik.

Bilirsiniz ki, ayın 28- də mitinqdir. Biz bu həftəni həm də bu gənclərin həftəsi elan edərək mitinqə dəstək vermiş oluruq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button