Arzu Abdullayeva Strasburqda görüşlər keçirib

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva bü gün Fransanın Strasburq şəhərində Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla ğörüşüb. Görüşdə Azərbaycandakı bir cox məsələlərə toxunulub: REAL hərəkatının lideri İlqar Məmmədovun azad olunması, ölkədə siyasi partiyaların, QHT-lərin, KİV-lərin fəaliyyəti, toplaşmaq azadlığının hakimiyyət tərəfindən məhdudlaşdırılıması, Vətəndaş Cəmiyyətinin problemlərinin həlli məsələsi əsas müzakirə obyekti olub. Arzu Abdullayeva Torbyorn Yaqlandla görüşdə, həmçinin siyasi məhbuslar məsələsi, onlara əfvin şamil olunub-olunmayacağı, siyasi məhbuslar haqqındakı müxtəlif siyahılardan və onların səbəblərindən danışıblar. Cənab Yaqland prezidentin penitensiar xidmət strukturlarında humanizasiya barəsində sərəncamını dəstəklədiyini bildirib və ümid etdiyini bəyan edib ki, bu, ümumi yumşalmaya zəmin ola bilər.
Strasburqda səfərdə olan Arzu Abdullayeva Avropa Şurasının siyasi departament rəhbəri Alexander Gessel ilə də görüşüb.
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button