AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın Azərbaycana səfəri başlayıb

Stefan Şennak

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın Azərbaycana səfəri başlayıb.

6-8 aprel tarixlərini əhatə edəcək səfər zamanı onun Azərbaycanın dövlət rəsmiləri ilə görüşü gözlənilir. Həmməruzəçinin prezident İlham Əliyev, parlamentin spikeri Oktay Əsədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ədliyyə naziri Fikrət Məmmədov, ombudsman Elmira Süleymanova, baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament üzvləri ilə görüşü nəzərdə tutulub. O, həmçinin parlamentdən kənar müxalif partiyalar, vətəndaş cəmiyyətinin üzvləri, hüquq müdafiəçiləri və media nümayəndələri ilə də görüşəcək.

Apa.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button