Atası həbsdə olan blogerlə görüşüb

AzadlıqRadiosuna

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılan bloger Arzu Sayadoğlu ilə dünən, aprelin 15-də atasının görüşdüyü bildirilir.

“Arzunun səhhəti yaxşıdır. Saxlanma şəraitindən narazılığı yoxdur. Şüşə arxasından görüşdük. O dedi ki, günahı yoxdur. Bizim ailəmiz çox çətinlik çəkir. Atayam, oğlumun həbsinə dözə bilmirəm.”, deyə blogerin atası Səyyad Məmmədov bildirir.

Bu açıqlamaya, hələlik, DTX-dan münasibət almaq mümkün olmayıb.

Səbail Rayon Məhkəməsindən isə “Amerikanın səsi”nə deyiblər ki, Arzu Sayadoğlu yanvarın 16-da saxlanıb, onun barəsində yanvarın 18-də 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sayadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Həmin ittihamla şəxsə beş ildən on ilədək həbs cəzası verilə bilər. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Hədə-qorxu ilə tələb etmənin məhz nədən ibarət olduğu və nə zaman baş verdiyi açıqlanmır.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, Sayadoğlu bu ilin əvvəlində “Azad Söz” onlayn nəşrinin efirindəki çıxışında Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən sonra ondan təqribən 1 həftə məlumat almaq mümkün olmamışdı. Sonradan onun saxlandığı bəlli olmuşdu.

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib.

Həbs edilən jurnalistlərin heç biri ittihamları qəbul etmir və bunu peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Amma rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyətlərinə görə, təqib və həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button