Avtobusların marşrut xətləri məıhdudlaşdırıldı

avtobusI Avropa Oyunları ilə bağlı bir sıra marşrut xətlərində avtobusların hərəkəti dayandırılıb. 

XuralTAC “Bakısərnişinnəqliyyatı” MMC-nin Dispetçer Xidmətinə istinadən bildirir ki, hərəkəti dayandırılan 14, 32, 25, 90, 53, 188 saylı marşrut xətlərində hərəkət edən avtobuslardır.

194 saylı marşrut xətti isə I Avropa Oyunları ilə əlaqədar qısaldılıb. 95 saylı marşrut xəttində də dəyişiklik olub. Həzi Aslanov metrosundan Füzuli Meydanına qədər gedən marşrutun hazırda son dayanacağı Xətai metrosudur.

“Bakısərnişinnəqliyyatı” MMC-nin Nəzarət Xidmətindən bu gündən 14 saylı xətt ləğv olunsa da, 24 saylı avtobus xətti 14 saylı avtobusun son dayanacağınadək uzadılıb. Digər xətlərdə isə avtobusun şəhərin mərkəzinə girişi dayandırılıb. Onların hər biri üzrə alternativ xətlərdən istifadə imkanı var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button