Azərbaycan 95 ölkəyə mal satıb, 145 ölkədən alıb

2016-cı ilin yanvar-may aylarında Azərbaycan 95 ölkəyə məhsul ixrac edib, 145 ölkədən mal alıb.

2016-cı ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8 milyard 367.5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 5 milyard 36.1 milyon dollar, idxalın dəyəri 3 milyard 331.4 milyon dollar təşkil edib. Nəticədə 1 milyard 704.7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Xəbəri Dövlət Statistika Komitəsi yayıb.

Ticarət dövriyyəsinin 41.8 faizi Avropa İttifaqı ölkələri, 12.2 faizi MDB ölkələri ilə olub, 46 faizi digər ölkələrin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağları üstünlük təşkil edib.

Ölkəyə isə əsasən maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları gətirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button