“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”-nə yeni müavinlər təyin edildi
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə (QSC)yeni müavinlərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Zamiq Ömər oğlu İsmayılov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini, Cəbrayıl İdris oğlu Mahmudlu isə sədrin müavini təyin olunub. strateq.az