“Azadlığ”ın binasında təzminat mübahisəsi var
Binəqədi rayonundakı yanmış binanın təmiri artıq 4 aydan sonra bitəcək və sakinlərin istifadəsinə veriləcək.
Bunu BŞİH-in başçısı Hacıbala Abutalıbov deyib. O vurğulayıb ki, kompensasiya məsələsi artıq tam həll olunub. Yalnız bir ailə – ana, gəlin və oğul arasında təzminatın bölünməsi məsələsi qalıb. “Yəqin yaxın günlərdə o məsələni də yoluna qoyacağıq, çünki ev ananındır, amma oğula verib, orada indi onlar qalırlar. Ev ananındır deyə pulu da ona verəcəyik. Belə kiçik mübahisə var. Bundan başqa, 5 mənzildə vərəsəlik problemi ortaya çıxıb. 6 ay ərzində vərəsəlik məsələsi məhkəmə yolu ilə həll olunandan sonra bu məsələni də konkretləşdirəcəyik”.