“Azpetrol” jurnalistin avtomobilini vurdu…

mashin“Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin idarə etdiyi avtomobili “Azpetrol”un yanacaq daşıyan yük maşını vurub. 
Mia.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, günah yük maşınının sürücüsündə olub. Belə ki, şirkətin sürücüsü yol hərəkət qaydalarını kobud şəkildə pozub. Amma buna baxmayaraq, günahı jurnalistin üzərinə atmaq istəyir:
“Həmkarlardan xahiş edirəm, bu hadisəni diqqətdə saxlasınlar. İş yoldaşım Vidadi Ordahallı ilə işdən çıxıb evə gedəndə benzin doldurmaq üçün “Qələbə” meydanı yaxınlığındakı yanacaqdoldurma məntəqəsində növbə gözləyirdim. Dayandığımız yerdə maşınımı “Azpetrol”un şəkildə gördüyünüz maşını bu hala saldı. İndi şirkət günahı mənə yükləmək istəyir. Təlimata görə, “Azpetrol”un maşınının buradan çıxmağa icazəsi yoxdur.”
xural.com Məhəmmədəli Qəribli ilə əlaqə saxlayıb. Jurnalist bildirib ki, problem qismən həllini tapıb: “DYP səlahiyyətliləri məsələyə əl qoydular. Bizi götürüb içki testindən çıxardılar və məlum oldu ki, “Azpetrol”un sığortası var. Sığorta ilə əlaqə saxladıq. Dedilər ki, günah özlərindədir və maşınımızı düzəltdirəcəklər.” Məhəmmədəli Qəribli onu da əlavə etdi ki, avtomobilin nə qədər tez düzəldilməsi DYP əməkdaşlarından asılıdır. “Əgər onlar sənədləri tez versələr, tez də işlər düzələcək. İşimiz onlardan asılıdır…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button