Bir qrup hüquq müdafiəçisi 27 siyasi məhbusun siyahısını əfv üçün təqdim edib

Bir qrup hüquq müdafiəçisi Əfv komissiyasına və insan haqları üzrə birgə işçi qrupuna 27 siyasi məhbusun siyahısını təqdim edib. Bu, Novruz bayramı ilə əlaqədar ehtimal olunan əfv sərəncamına onların adlarının daxil edilməsi məqsədilə edilib. Bu barədə Turan-a Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva bildirib.

Siyahı Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əvəz Həsənov və Mirvari Qəhrəmanlının iştirakı ilə hazırlanıb.
A.Abdullayeva bildirib ki, siyahıya daxil edilən şəxslərin siyasi motivlərlə təqib olunması yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarında, Avropa Şurasının nümayəndələrində şübhə doğurmayıb.
İlk növbədə söhbət “Amnesty International” tərəfindən tanınan və barələrində AİHM-in qərarları olan “vicdan məhbusları”ndan gedir.
Bunlar əsasən REAL Hərəkatının lideri İlqar Məmmədov, jurnalist Seymur Həzi, NİDA Hərəkatının fəalları İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəmanlı, bloggerlər Əbdül Əbilov, Rəşad Ağəddin, Rövşən və Rüfət Zahidovlar (Qənimət Zahidin qohumları), AXCP fəalları Elvin Abdullayev, Murad Adilov, Fuad Əhmədli, Fuad Qəhrəmanlı, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirov, keçmiş nazir Əi İnsanovdur.
Turan-ın xahişi ilə hüquq müdafiəçilərindən ibarət müxtəlif qruplarda olan siyahılar arasındakı fərqi şərh edən A.Abdullayeva deyib ki,  əgər əfv üçün 90 və ya 160 nəfər təqdim olunsa da, “onsuz da onların hamısını buraxmayacaqlar”.
“Biz tanınmış şəxsləri daxil etmişik. Onlar şəxsən tanıdıqlarımız, işləri jurnalistlər və hüquq müdafiəçiləri tərəfindən araşdırılan şəxslərdir. Siyahı daha da geniş ola bilər. Ancaq nə yerli, nə də beynəlxalq təşkilatlarda vahid rəy yoxdur. Əlbəttə, onların hamısı müdafiə olunmağa layiqdir və müdafiə olunurlar. Odur ki, biz elə şəxsləri daxil etmişik ki, onlara indiyədək beynəlxalq dəstək göstəriblər, onların müdafiəsinə Avropa Şurası, Beynəlxalq Amnistiya təşkilatı qoşulub, onların barəsində AİHM-in qərarları var. Biz həmin şəxslərlə bağlı öz aramızda razılığa gəldik və ilkin mərhələdə onları təqdim etdik”,- A.Abdullayev bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button