Bloqerlər “myblogs” ailəsinə qoşulmaq imkanı qazandılar – VİDEO/FOTO

cover-01

Bu gündən etibarən Azərbaycanda ilk dəfə olaraq yeni bloq saytı istifadəçilərin ixtiyarına verilib.

Mətbuata açıqlamasında myblogs.az saytının təsisçisi Orxan Ali bildirib ki, digər bloq saytlarından fərqi bir deyil, bir neçə bloggerin bir araya gələrək ayrı-ayrı sahələrlə bağlı bloqlarını təqdim etməsidir:

“Sayt imkan verəcək ki, öz istedadına güvənən, müxtəlif sahələri mükəmməl bilən insanlar “myblogs” ailəsinə qoşulsun və öz bacarıqlarını daha geniş auditoriyaya çatdıra bilsin.

İlkin olaraq, izləyicilər sayt vasitəsilə mənzillərin zövqlə dizayn edilməsi, modelyerlik, ev şəraitində idmanla məşğul olmaq, zövqlə geyinmək, səyahət və yeni filmlər haqqında məlumatlar əldə edə biləcəklər. Siyahını uzatmaq da olar. Bunun üçün özünə güvənən bloggerlərə saytda bloq yaratmaq üçün hər cür şərait yaradılacaq.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button