“Böyük şahmat lövhəsi” üzərində ABŞ-Rusiya savaşı: Ruslar İranı da Avrasiya Birliyinə səsləyir

sahmaat

Yevgeni Raduqin

Politrussia.ru, 14.04.2016

Bütün ölkələr Zbiqnev Bjezinskinin məşhur “Böyük şahmat lövhəsi” kitabında mahir şahmatçının əliylə yalnız fiqurlarla təmsil olunub. Bu faktı təəssüflə qeyd etməliyəm ki, birinci partiya ABŞ-a qaldı. Bunu anlamaqdan ötrü dövlət katibi Con Kerrinin açıqlamalarını oxumaq kifayətdir. Cənab Kerri aprelin 12 və 13-də oyunun bütöv bir dövrünə yekun vurmaqla iki əlamətdar açıqlama verdi.Birincisində bildirdi ki, Transsakit okean tərəfdaşlığı (TST) formalaşdırıldı. Birinci mərhələ başa çatdı.

Deyəsən, dünya iqtisadiyyatı baxımından təkcə güclülərin daxil olmadığı daha bir ticarət razılaşması – Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Yaponiyanı birləşdirən anlaşma ortaya çıxır. Lakin Kerri xəbərdarlıq edir: “Səhv buraxmağına dəyməz. Bu, ata-babalarımızın zəmanəsinin razılaşması deyil. Bu, nə zamansa əldə edilmiş ticarət razılaşmasının ən yüksək səviyyyəlisidir”.

O, həqiqəti deyir. Bu, dünyadakı xeyli adi razılaşmlardan deyil. TST qrupu dünya iqtisadiyyatı arxitekturasının dəyişilməsinə xidmət etməli olan layihədir: “Biz TST-də dərin əlaqələr quranda beynəlxalq ticarətin qayadalarını öz dəyərlərimiz əsasında yenidən yaza bilərik”.

Kerrinin Los-Ancelesdə beynəlxalq siyasət üzrə Sakit okean Şurasında verditi ikinci açıqlama bu cür səslənir: “Xarici siyasət – iqtisadi siyasətdir, iqtisadi siyasət isə xarici siyasətdir”.

Ukraynadakı hadisələr də bu məqsəd naminə başladılmışdı.

Diqqət yetirin ki, Kerri dünya iqtiasdiyyatı üçün yeni qaydaların müəyyən ediləcəyi tərəfdaşlıqdan danışır. Şübhəsiz ki, bu qaydalar birinci növbədə ABŞ-ın çiçəklənməsinə xidmət edəcək. Qeyd edək ki, parktikanın göstərdiyi kimi, ABŞ-ın ən ciddi iddialarından biri öz mühakimə hüququnu bütün planetə yaymaqdır. Bu cür planın icrası belə qaydaları qəbul edənlərin hamısının suverenliyinin üzərindən  birmənalı şəkildə xətt çəkəcək.

Rusiya imtina etdi. Deməli, o, bütün dünyanın çox tezliklə qaydaları üzrə yaşamağa başlayacağı yeni birliyə heç cür daxil olmayacaq. Bu, meydanda tənha qalanın döyüşçü olmadığı durumdur, heç bir ölkənin isə dünyanın ucqarında qalmaq həvəsi yoxdur. Bax, ölkəmizin hökuməti o zaman Avrasiya İqtiasadi Birliyi (AİB) ideyasını irəli sürdü. Bu birlik TST-ə daxil olan ölkələrlə kənarda qalanlar arasında şansları bərabərləşdirir.

Ümidvar olmaq lazım deyil ki, Vaşinqtona baş əymək bizi tərəfdaşlığa daxil edərdi. Xeyr, Rusiya ankqlosakson sivilizasiyası üçün olduqca təhlükəlidir.O, məhvə məhkumdur – əxlaqi, coğrafi və milli baxımdan. Demək olar ki, bu sadə həqiqət beynəlxalq siyasətlə maraqlanan hər kəsə məlumdur. Suverenliyimizi qorumaq və özümüz kimi qalmaq şansımız inkişaf etməkdən ötrü yetərincə istehsal və istehlak qabiliyyətinə sahib iqtisadi birlik yaratmaqdadır. AİB bizim gerçək şansımızdır.

Bizimlə istehsal, qohumluq və tarixi köklərilə bağlı olan Ukrayna bir qonşu, bir dövlət kimi ideal variant idi. Ukrayna bizə biləşsəydi, heç bir TST bizə qorxunc ola bilməzdi. Lakin əfsus!  

Birlik üzrə tərəfdaşlarımız son dərəcə passivdir, strategiya ilə çox da yüklənməyib və yenə də dünyaya dolab gəlmək xülyasındadırlar. Birtəhər aradan çıxmaq və daha güclünün yanında durmaq. Buna görə onları heç kim qınamır, lakin Moskva dövlətçilik təcrübəsiylə dəqiq görür ki, onlar orada heç kimə gərək deyillər.

Ukraynanın timsalı olduqca səciyyəvidir. Yəqin ki, onu şirin yerkökü ilə şirnikləndirdilər, qızıldan dağlar vəd etdilər, indi isə, sadəcə, marağı itirdilər. O, indiki müflis ölkə durumunda heç kimə lazım deyil. AB onun üzünə bağlı olacaq, TST-ə onu heç kim dəvət etmir, bu cür yük AİB-ə də heç əl vermir. Bu fiqur – piyadadır, məqsədi yalnız qıcıqlandırmaq aləti və Rusiyaya təzyiq üçün bəhanə olmaqdır. Bu cür taleyi ölkənin özü seçdi. Ukrayna özünü saldığı durumda heç kimə, o cümlədən bizə də lazım deyil. Rusiya xarici siyasətinin yeni doktrinası meydana çıxır. Lavrov birbaşa deyir ki, Putinin “Ukraynanı tovlayıb AİB-ə çəkməyə” ümid etdiyi dövrlər var idi. Bu dövran indi arxada qalıb, biz qardaşlıq siyasətindən praqmatizmə keçirik.

Cürətlə iddia edə bilərik ki, indi qonşuluq xüsusunda planlar dəyişilib. Hətta ölkə sabah Qərbyönlü kursdan üz çevirsə, AİB-ə üzvlük onu təhdid etməyəcək. Putin bu cür möhkəmlənməmiş iqtisadiyyatı heç vaxr Rusiya cocuğunun boynundan ağır yük kimi asmaz. Deməli, ölkə Lavrovun irəli sürdüyü üç tələbə –neytrallıq, loyallıq və tranzitlərin sabitliyi – əməl etməklə müstəqil şəkildə və xeyli uzun müddət dirçəlməli olacaq.

AİB ləng, ardıcıl, lakin inamla inkişaf edir. Mədəni özünəməxsusluğu və suverenliyi itirmək yoluyla getməyə hazır olmayan bir çox ölkələr AİB-i diqqətlə nəzərdən keçirir. Məsələn, İran.

İranın AİB ölkələrinə gömrük rüsumu olmadan kənd təsərrüfatı məhsulları tədarük etmək üçün müvəqqəti imtiyazlar əldə etməyi haqda informasiya gözə dəyən kimi, Vaşinqtonun İran ətrafında fəallığı dərhal gücləndi. Sonra dondurulmuş və AİB üzvləri, o cümlədən potensial üzvlər arasındakı münasibətləri mürəkkəbləşdirən Qarabağ münaqişəsi alovlandı.

İran iqtisadçılarının hesablamalarına əsasən, İran AİB-ə girməklə Ukraynanı əvəz edə bilər. Bu Yaxın Şərq ölkəsinin birliyə daxil olmağı onu dayanıqlı, tam və rəqabətqabiliyyətli edər. Dünya xəritəsindəki bir çox gözlənilməzliklərin səbəbi, bax, budur.

Rusiya nə AB ilə yaxınlaşmağa macal tapdı, nə də Ukraynanı iqtisadi məkana daxil etməyə. Bu məğlubiyyətdə Rusiyanın günahı yoxdur, çox da uğurlu olmayan başlanğıc, uşaq xasiyyəti və tərəfdaşların siyasi korluğu var. Lakin bu, yalnız birinci taymdır. Bir çox baxımdan xarici siyasətimizin yeni doktrinası ilə müəyyən edilən ikinci taym başlanır. Rusiyanın uğur şansı olduqca yaxşıdır, TST-i imzalamış ölkələr Amerikanın həyat qaydalarının girovuna dönəndə isə ilk uğurlar gələcək. Ənənələrdən qurtulmaq ağrılı və qanlı məsələdir, amerikalılar isə başqaları ilə bərabər şəkildə davrana bilmirlər. Onların kredosu dünyanın onların arşınına uyğun biçimlənməsidir. Kerri gizlətmir ki, “biz (ABŞ) birinci növbədə fəaliyyətə rəhbərlik üçün müraciət edilən ölkə olaraq qalırıq”.

Beləliklə, oyunun növbəti mərhələsi başlanır. Burada Ruisyanın böyük üstünlüyü olacaq: bzi bilirik ki, həyat şahmat deyil, pokerdir.

Tərcümə Strateq.az-ındır.  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button