Cəbhədəki döyüş meydanından meyitlər çıxarılacaq – Növbəti razılıq
Aprelin 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.