Cahangir Hacıyev daha bir səlahiyyətini itirdi

cahangir-haciyevv.jpg
Cahangir Hacıyev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasına yeni sədr seçiləcək.
Bu barədə apa.az-ın sorğusuna cavab olaraq, BFB-dən məlumat verilib.
“Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hal-hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”, – deyə məlumatda vurğulanıb.
Hazırda C. Hacıyevin səlahiyyətlərini Araz Əliyev icra edir.
Xatırladaq k, BFB-nin Müşahidə Şurasının sədri, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib. C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.
C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button