Çevik polisin aşkarladığı сinayət və inzibati xətalar artıb

2017-ci ildə aşkarlanan сinayətlərin və inzibati xətaların sayı 7,7 faiz artıb. Söhbət Əlahiddə Çevik Polis Alayının aşkar etdiyi əməllərdən gedir.

Bu haqda Əlahiddə Çevik Polis Alayının bir illik fəaliyyəti ilə bağlı keçirilmiş müşavirədə alayın komandiri Zaur Abdullayev məlumat verib.

Onun bildirdiyinə görə, ötən il alay tərəfindən 30.667 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 821, inzibati xətalara yol vermiş 29.846 nəfər saxlanılıb. Onlardan 300-ü xuliqanlıq, 257-si oğurluq, 21-i soyğunçuluq, 49-u dələduzluq, 90-ı narkotik, 80-i axtarılan, 24-ü isə digər cinayətlər törədən şəxslər olub. Xırda xuliqanlığa görə 1166, avaralıq və dilənçiliyə görə 2899, məişət səs-küyünə yol verən 1.586 nəfərin müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verildiyi bildirilir. Əvvəlki dövrə nisbətdə aşkarlanan сinayətlərin və inzibati xətaların sayı isə 7,7 faiz çox olub.-0–

Daxili işlər naziri Ramil Usubov da müşavirədə işirak edib. O, Əlahiddə Çevik Polis Alayının bir illik fəaliyyətinın yekunlarını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button