Diktaturaya xidmət etmiş 29 nəfərə ömürlük həbs verildi

Noyabrın 29-da Argentinada 1970-80-ci illərdə hərbi diktaturanın tərəfdarı olan və kütləvi qətllərə  görə məsuliyyət daşıyanların məhkəmə prosesi başa çatıb. 5 il davam edən açıq məhkəmə prosesi zamanı argentinalı siyasi məhbusların edam edildiyinə,  təyyarədən atılmalarına dair sənədli süburlar təqdim edilib.

El Pais nəşri bu məhkəməni ölkə tarixinin ən səs-küylü prosesi adlandırın. Müttəhimlər kürsüsündə 789 nəfərin qətlində təqsirləndirilən 54 nəfər oturub.

Onlardan 29 nəfər ömürlük həbsə cəzası, 6 nəfər bəraət alıb, qalanları isə 8 ildən 25 ilə qədər həbs cəzasına məhkum edilib.(azadlıq.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button