Eldar Mahmudov Əli Abbasovu necə şantaj edib?

əli abbasov1

Deputatın üstü örtülü açıqlaması və mümkün ehtimallar

“Görünən budur və şübhə etmək lazım deyil ki, Əli Abbasov da Eldar Mahmudovun bir nazir kimi şantajının qurbanı olub”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc söyləyib.

Z.Oruc qeyd edib ki, milli təhlükəsizlik nazirinin vəzifəsindən çıxarılmasından sonra bu addımın atılmasına səbəb olan məsələlər artıq bir neçə gündür, cəmiyyətə təqdim olunmaqdadır: “Burada dövlət içərisində əldə olunmuş böyük səlahiyyətlərin bir dövr ölkənin təhlükəsizlik məsələləri üçün istifadə edilməsi, daha sonra isə şəxsi maraqlardan çıxış edərək bir imperiya qurmaq niyyətindən söhbət gedir…”.

eldar mahmudov2

Z.Orucun fikrincə, Ə.Abbasovun tutduğu vəzifədən azad olunması göstərir ki, ötən illər ərzində ayrılan büdcə vəsaitləri hesabına ölkədə telekommunikasiya sistemində, rabitə qovşaqlarının yaradılmasında, vətəndaşların bu xarakterli tələbatlarının təmin olunmasında xeyli işlər görülsə də, bir nazir kimi Ə.Abbasov başqa bir nazirin onun rəhbərlik etdiyi strukturdan poliqon kimi istifadə etməsinə imkan verib.

Bəs Eldar Mahmudov Əli Abbasovu necə şantaj edə bilər? Bir neçə ehtimal irəli sürmək olar. Birinci ehtimalda şantajın kökünü “Hacı Məmmədov olayı”nda axtarmaq lazımdır. Məsələ burasındadır ki, Əli Abbasov İqtisad Universitetinin rektoru olarkən Hacı Məmmədovun bacısı oğlu və onun rəhbəri olduğu mütəşəkkil dəstənin fəal üzvü Elçin Əliyevi birbaşa 3-cü kursa qəbul edib. Məlumatlara görə, hansısa səbəblərdən Əli Abbasov Elçin Əliyevə çox böyük diqqət göstərib, universitetdə daim ona himayədarlıq edib. Ola bilər ki, MTN-in Hacı Məmmədovla bağlı keçirdiyi “Qara Kəmər” əməliyyatından sonra Əli Abbasovun Elçin Əliyevə böyük diqqətinin səbəbi olub. Yəni, Elçin Əliyev, yaxud Hacı Məmmədovun özü Əli Abbasovla bağlı hansısa sirləri açıb. Eldar Mahmudov da bundan keçmiş nazirə qarşı kompromat kimi istifadə edib.

İkinci ehtimal isə odur ki, Əli Abbasov keçmiş kürəkəninə görə şantaja məruz qalıb. Onun keçmiş kürəkəni Bakı meri Hacıbala Abutalıbovun oğlu olub. Bəzi iddialara görə, merin oğlu radikal dini qruplara qoşulubmuş. Onun ailəsinin də bundan sonra dağıldığı iddia edilir. Qeyd edək ki, Əli Abbasovun qızı ilə kürəkəni arasında səs-küylü məhkəmə çəkişmələri olub.

Sonuncu ehtimal isə Əli Abbasovun korrupsiya əməliyyatları barədə Eldar Mahmudovda hansısa bilgilər olub. Bu bilgilərdən ona qarşı istifadə edilib.

MTN-in keçmiş əməkdaşı, müstəqil ekspert İlham İsmayıl da Əli Abbasovun işdən çıxarılması və onun ətrafında baş verənlərlə bağlı maraqlı açıqlamalar verib. İlham İsmayıl “Şərq”ə deyib ki, MTN məsələsi ilə Əli Abbasovun işdən çıxarılması arasında birbaşa əlaqə var: “Bu məsələ ilə bağlı ehtimal irəli sürmək olar ki, əməliyyat-axtarış qanunu əsasında MTN telefon dinləmələrini həyata keçirir. Rabitə Nazirliyi dövlət və özəl qurumların dinlənilməsi üçün şərait yaratmağa borcludur. Belə çıxır, dinləmə məsələsi elə bir həddə çatıb və elə yüksək səviyyəli şəxslər dinlənib ki, Rabitə və Texnologiya Nazirliyi bu barədə dövlət rəhbərliyinə informasiya verməyib. Bu məsələni ancaq belə qiymətləndirmək olar ki, Əli Abbasov yüksək instansiyaların dinləndiyini bilib, ancaq hökumət rəhbərliyini bundan xəbərdar etməyib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button