Əliyev ilə Putin görüşəcək

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin İlham Əliyev bazar ertəsi, aprelin 22-də Moskvada danışıqlar aparacaqlar.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan lideri Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.

“Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, həmçinin aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, – məlumatda bildirilir.

Baykal-Amur magistralının (BAM) tikintisinin başlanmasının 50 illiyi münasibətilə Putin ilə Əliyev BAM veteranları və dəmiryol sənayesi işçiləri ilə görüşəcəklər.

Azərbaycanın hazırkı prezidentinin atası Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi magistralın tikintisi ilə bağlı məsələlərə bilavasitə rəhbərlik etmişdi.

İki il əvvəl fevralın 22-də İ.Əliyev ilə V.Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar.

Bəyannamədə iki ölkə arasında siyasi, iqtisadi və başqa sahələr üzrə əməkdaşlıq məsələlərindən bəhs edilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button