Elşad Abdullayev Gülər Əhmədovaya cavab verdi

«Gülər Əhmədovanın cinayət işinə baxan məhkəmə hakimlərinə beynəlxalq sanksiya tətbiq edilməlidir»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev keçmiş deputat Gülər Əhmədovanın fikirlərinə münasibət bildirib. Qeyd edək ki, Gülər Əhmədova “mandat qalmaqalı” barəsində danışarkən bunun bir oyun olduğunu deyib: “Hamı gözəl bilir, o nə oyun idi”, – deyə keçmiş deputat bildirib.

Elşad Abdullayev Gülər Əhmədovanın bu iddiasını əsassız sayır. Keçmiş rektor ortada videofaktın olduğunu bildirir:

“İnsan nə qədər riyakar olmalıdır ki, 10 milyonluq xalqın gözünə baxa-baxa desin ki, bu videolar montajdır! Bir daha təsdiq edirəm ki, həmin gizli videolar əsli ilə düzdü, Fransadada ekspertiza bunu təsdiq etdi. Bu videolar obyektiv maddi sübutlardı.

Sizin etdiyiniz cinayətdən bütün dünyanın mediası şoka düşdü. ABŞ Dövlət Departamentinin, ATƏT və Avropa Şurasının hesabatlarında bu cinayətin rəhbəri Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hesab edilir.

Bir hüquq professoru olraq, keçmiş deputat Gülər Əhmədova haqqında qəbul edilmiş bütün məhkəmə qərarları siyasi sifarişlə qəbul edildiyi üçün qanunsuz hesab edirəm. Onlar ləğv olunmalıdır, məhkəmə hakimləri haqqında Beynəlxalq sanksiya tətbiq edilməlidir.

Gülər Əhmədova yalandan məlumat verir ki, onkoloji xəstə olduğu üçün xaricə getməlidir. Biz inanmırıq. Ona görə ki, xarici ölkələrdən Azərbaycanın Onkoloji Xəstəxanasına hər il yüzlərlə xarici vətəndaşlar gəlir, yaxud da akademik Əhliman Əmiraslanovun Onkoloji Xəstəxanasına bütün MDB gəlir. Onun xaricə getməsi bir bəhanədi. Əslində, Ramiz Mehdiyevin məkrli siyasətidir.

Gülər Əhmədovanın mediaya belə danışması bir daha təsdiq edir ki, Azərbaycan dövlətçiliyi və onun ədalət mühakiməsi  sağalmaz hüquqi böhran vəziyyətindədir”.

 

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button