Ermənistanın keçmiş təhlükəsizlik naziri: “Moskva Qarabağda sülhməramlı qüvvələrini yerləşdirmək istəyirdi”

sahnazrayn

“Aprel ayındakı “dördgünlük müharibə” Rusiyanın provokasiyası ilə qızışdırıldı. Ssenari sadə idi: Xaos yaratmaq. Plana görə elə şərait yaranmalı idi ki, Qərb Qarabağda nəzarəti bərpa etmək üçün Rusiyaya müraciət etməyə məcbur olsun”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanın “A1” kanalına müsahibəsində ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan bildirib.  Onun sözlərinə görə, Rusiya bu hərbi əməliyyatlardan özünün Qərblə münasibətlərinin tənzimlənməsi üçün istifadə edib.

Şahnazaryanın sözlərinə görə, Rusiya XİN başçısı Lavrov Yerevana rəsmi səfəri zamanı rusiylı sülhməramlıların bölgədə yerləşdirmək barədə planla gəlib.“Moskva bütün bu hadisələri Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün hazırlamışdı. Lakin Lavrov başa düşdü ki, rus sülhməramlılarını Qarabağda duz-çörəklə qarşılamayacaqlar”.

Onun fikrincə, bu gün Ermənistanın müttəfiqləri yoxdur: “Bunu anlamaq lazımdır. Bizim müttəfiqlərimiz yoxdur. Hətta Avrasiya ittifaqı, KTMT kimi təşilatlardada bu müttəfiqlər yoxdur”.

Şahnazrayanın sözlərinə görə, Ermənistanı müdafiə edəcək belə dövlətləri tapmaq lazımdır.

O həmçinin Ermənistanın Avrasiya ittifaqından çıxmasının vacib olduğunu deyib:“Orada heş bir müttəfiqimiz yoxdursa bu qurumu tərk etməliyik. Pakistan və Türkiyə ilə əlaqələr qurulmalıdır”.

Şahnazaryan həmçinin Yerevanı qondarma “DQR”-lə hərbi yardım haqqında müqavilə bağlamağa çağırıb. O hesab edir ki, “bu müqavilə Ermənistan silahlı qüvvələrinin ön cəbhədə fəaliyyəti üçün hüquqi baza olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button