“Eurovision 2015” qalibi İsveç təmsilçisi oldu – VİDEO

Avstriyanın Vyana şəhərində “Wiener Stadthalle” arenada “Eurovision 2015” mahnı müsabiqəsinin final şousu keçirilib.

Final mərhələsində 27 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər.
Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxaraq “Hour of the Wolf” mahnısını səsləndirib.
“Eurovision 2015” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında, proqnozlara uyğun olaraq, İsveç təmsilçisi Mons Selmerlev olub. O, 365 xalla birincilik əldə edib. O ölkələrin çoxundan 12 xal alıb. 49 xal toplayan Azərbaycan təmsilçisi Elnur Hüseynov müsabiqədə 12-ci yeri tutub.
“Eurovision 2016” yarışması İsveçdə baş tutacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button