“Eurovision-2019″da səslər yenidən sayıldı: Azərbaycan 8-ci yerə düşdü

İsrailin Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları tamaşaçı səslərinin nəticələrini yenidən hesablayıblar.

Bu barədə Avropa Yayım Birliyi (EBC) bəyanat yayıb.

Bildirilir ki, bəzi xallar düzgün hesablanmayıb. Səslərin hesablanmasında insan səhvi olub ki, bu da qeyri-dəqiq orta nəticəyə gətirib çıxarıb.

Səslərin yenidən hesablanması nəticəsində ilk üçlükdə dəyişiklik baş verməyib. Əvəzində beş və altıncı yerləri tutan Norveç və İsveç ifaçıları yerlərini dəyişiblər, həmçinin Şimali Makedoniya 7-ci yeri tutan Azərbaycanı, Belarus isə Almaniyanı geridə qoyub/Report.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button