Faiq Əmirliyə 3 ay həbs verildi; Onu “Gülənin imamı” elan etdilər – FOTO/VİDEO

Məhkəmə Faiq Əmirli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.

Nəsimi rayon məhkəməsində Faiq Əmirli barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılır. Prosesə hakim Şəlalə Həsənova sədrlik edir. Müstəntiq Faiq Əmirli barəsində 3 ay həbs-qətimkan tədbirinin seçilməsi haqda təqdimat verib. Məhkəmə müşavirəyə gedib.

***

Faiq Əmirli hazırda Nəsimi Rayon Məhkəməsinə gətirilib. Saat 14-də məhkəməsi başlamalıdır.

***

faiq-emirov-hebs

Faiq Əmirliyə qarşı irəli sürülmüş yeni ittihama AXCP sədri Əli Kərimli münasibət bildirib. Bu barədə o, feysbuk səhifəsində yazıb:

Bu hakimiyyətdən hər şey gözləyirəm. Amma etiraf edim ki, AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin bir gün imam kimi fəaliyyət göstərməkdə ittiham oluna biləcəyi heç ağlıma gəlməmişdi. Dünənki ifşalardan sonra utanıb, Faiq Əmirlidən və ictimaiyyətdən üzr istəmək əvəzinə, bu gün Faiq bəyə Cinayət Məcəlləsinin 168-ci maddəsilə (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) ittiham irəli sürüblər. Sadə ifadə etsək, “Azadlıq” qəzetinin direktoru imam kimi fəaliyyət göstərməkdə ittiham olunur. Ürəkdən gülmək də olmur, çünki ittiham absurd olsa da, fakt budur ki, Faiq bəy hələ də həbsdədir və iki körpə qızlarının gözləri yoldadır.

***

“Azadlıq” qəzetinin direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirliyə yeni ittiham irəli sürülüb. O, CM-nin 168-ci maddəsi (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) ilə təqsirli bilinib. İstintaq eyni zamanda Faiq Əmirlini Hizmət təşkilatının Azərbaycandakı imamı elan edib. Faiq Əmirli ona qarşı irəli sürülən ittihmları rədd edib və heç bir ifadə verməyib.

Xatırladaq ki, Faiq Əmirli avqustun 20-də şübhəli şəxs qismində saxlanılmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button