Filip Hammond:”Putin arvadını döyməyə son qoyan adama bənzəyir”

filip hammond

Britaniyanın Xarici İşlər naziri Filip Hammond Rusiyanı Suriya münaqişəsinə müdaxilədə ittiham edib.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, britaniyalı nazir rus qoşunlarının Suriyadan çıxmasına qərar verən prezident Vladimir Putini arvadanı döyməyə son verən adama bənzədib:

«Başqa ölkəyə girirlər, mülki əhalini, xəstəxana və məktəbləri bombalayırlar, 5 aydan sonra da qərar verirlər ki, kifayətdir. Bu, arvdını döyməyə son verən adama bənzəyir».

Hammond bildirib ki, Britaniya hər zaman Rusiyanın Suriyada hərbi iştirakına qarşı olub. Nazirin fikrincə, Rusiya Suriyada qanunsuz fəaliyyətdə olub və hazırda bu fəaliyyətinə sadəcə, son qoyub.

Xatırladaq ki, Putinin qərarına əsasən, martın 15-dən rus qoşunları Suriyadan çıxmağa başlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button