Fuad Əliyev Türkiyədə vacib görüşlər keçirdi-FOTO

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Fuad Əliyev Türkiyə səfərindən qayıdıb. ALDP Mətbuat Xidmətindən xural.com-a daxil olan məlumata görə, F.Əliyev Türkiyədə Türkiyə Liberal Demokrat Partiyası (TLDP) sədri, QHT rəhbərləri və ölkənin bir sıra siyasətçiləri ilə görüşüb.

TLDP Genel Başkanı Gültekin Tırpancı ilə partiyanın Baş Qərargahında görüşən ALDP sədri Fuad Əliyev Azərbaycan-Türkiyə münasibətləri, Dağlıg Qarabağ münaqişəsi, partiyaların ikitərəfli münasibətləri, əməkdaşlıq məsələsrini müzakirə ediblər.

Gültəkin Tırpancı bildirib ki, Azərbaycanın xalqının Qarabağ problemi bizim problemimizdir.

Fuad Əliyev öz növbəsində TLDP Genel Başkanı Gültekin Tırpancıya Qarabağ məsələsində öz mövqeyini açıq şəkildə bildirdiyinə, TLDP-nın “Xocalını unutmayaq” kampaniyasını apardığına görə minnətdarlığını bildirib.

Görüş və müzakirələrdən sonra partiya liderləri partiya atributları və hədiyyələri bir-birilərinə təqdim etdilər. Görüşdə TLDP Genel Başqanın müavini Ulaş Okan, TLDP Genel Başkan Yardımçısı Hüseyn Tüzün və TLDP Ankara İl Başkanı Sinan Altınkök iştrak ediblər.

ALDP sədri F.Əliyev 3 günlük Türkiyə səfərində 5 QHT sədri ilə də görüşərək Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda, mövcud problemlərdən söz açıb. F.Əliyev Ermənistanın işğalçılıq siyasəti, Türkiyənin Avropa Birliyinə üzvlüyü əngəlləyən süni maneələrə qarşı hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının həmrəylik nümayiş etdirməyin vacibliyini qeyd edib.

F.Əliyev Türkiyədə keçirdiyi bütün görüşlərdə Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsinin və bunun üçün birlikdə mübarizə aparmağın vacibliyini qeyd edib. F.Əliyev Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasətini dünyaya çatdırılmasında əməyi olan bütün təşkilatlara minnətdarlığını bildirib.

  

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button