Fuad Muradovun “diaspor” fəaliyyəti

Ay Komitə və onun dəyərli əməkdaşları...

Ramiyə Məmmədova
İstanbuldan yazır
Yazdığımi tək siyasi şərhçi olaraq deyil, adi bir vətəndaş və ən əsas da xaricdə yaşayan azərbaycanlı kimi qəbul edin, lakin inanmıram ki, bu barədə hansısa sayt redaktoru, ya da jurnalist çəkinmədən bu yazdığımi dərc etsin. Buna baxmayaraq, yenə də yazdıqlarımı həm bir Azərbaycan vətəndaşı, həm də ictimai fəaliyyətlə məşğul olan biri kimi borc bilirəm.
Beləliklə, söz Azərbaycan diasporası və onun fəaliyyətindən gedir. İlk öncə diasporanın anlayışını verək – “Bir toplumun aid olduğu və tarixən yaşadığı torpaqlardan uzaq məsafədə yaşaması durumu”. İfadə kimi “diaspor” sözü yunan dilində olan “səpələmək” sözündən formalaşmışdır. Yəni bir toplumun basga ölkə və toplum içində məskunlaşan millətinin nümayəndəsinə “diaspor” ifadəsi işlədilir. Çox gözəl.
Bəs bu diasporanı idarə edən kimdir?
Burada duran məsələ daha vacibdir. Azərbaycanda da digər dövlətlərdə olduğu kimi “diaspor fəaliyyəti” ilə məşğul olan, lakin diaspora sözünün mənasını belə anlamayan və hər zaman fəaliyyətsizliyi ilə göz qabağında olan strateji baxımdan vacib Diasporla İş üzrə Dövlət Komitəsi var. Bu Komitənin əsas məqsədi nədir?
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi, digər dövlətlərin diaspora və lobbiçilik təşkilatları ilə işin qurulması və sair və ilaxır. Bəs 2002-ci ildən yaradılan Komitə bu məqsədlərə nə dərəcə çatıb və Azərbaycan üçün nə cür tövbə verib? Uzun illərdir bu Komitənin işi barədə danışılır, müzakirələr aparılır, lakin nəticəsizdir. Komitənin keçmiş rəhbəri Nazim İbrahimovun kim olduğu hamıya bəlli idi. Adam ancaq öz maraqları çərçivəsində işini qurub bizneslə məşğul idi. Diaspor fəaliyyəti uzun tənqidlərə məruz qaldıqdan sonra İbrahimovu biznesini toparlayıb yola saldılar və hər kəs düşündü ki, elə problem İbrahimov imiş.
Yerinə gənc deputat Fuad Muradov gətirildİ. Hər kəs düşündü ki gənc və enerjili (deputat kreslosunda belə heç də gözə çarpmayan) sədr axır ki, bu işə bir əncam çəkər və Azərbaycan naminə çalışar. Lakin görünən budur ki, Komitənin bəxti bəxt deyil ora gələn heç də gedəndən fərqli deyil. Düzdür, Muradov ilk başda “guya nəsə etməyə çalışdı”, lakin bu murdar sistem gənc sədri də öz caynağına keçirdi. Daha çox şef imici ilə məşğul olan, özünün brend aksesuarlarını və geyimləri, iş səfərlərinə gedib, bahalı otellərdə galıb, iş gorüsmələri altında yeyib içmə düzəldən, xaricdəki dərnəklərlə sövdələşmələr qurub, ildə bir neçə dəfə tədbirlər keçirən və bu tədbirlərə külli pullar silən və nəticədə yenədə Komitəni gözdən salan və heç bir fəaliyyət göstərməyən Təzənin Kohnədən nə fərqi var?!
Təzənin Kohnədən nə fərqi var?!
Bu suala cavab tapmaq üçün yenə də Komitədə baş alıb gedən “sistemi və oradakı ab-havanı” günahlandırmaqdan basga çarə galmır deyəsən. Mənimlə razılaşmaya bilərsiniz, lakin xaricdə yaşayan azərbaycanlı olaraq bu işin nə dərəcə acınacaqlı olduğunu bilirəm.
Çox uzağa getməyək. Xaricdə yaşayan azərbaycanlılar illərdir ermənilər tərəfindən işğala məruz qalan Qarabağ müharibəsini, Xocalı gətliamını dünya ictimaiyyətinə çatdırmağ üçün bir çox işlər görüblər, dəridən-gabıqdan çıxıblar, bugün belə bu işlər görülür, Diaspora Komitəsi isə bu işlərin əksəriyyətini öz adına çıxıb reklamla məşğul olub Dövlət başçısına fəaliyyətləri kimi sırıyırlar.
Azərbaycan Qarabağ müharibəsini bitirsə də, dünyada informasiya müharibəsi davam edir. Erməni diasporası və lobbisinin gördüyü işlərlə baxanda bizim işlər heç müqayisə belə olunmur. Ona görədə demək istədiyim budur ki, ay Komitə və onun dəyərli əməkdaşları, siz nə gədər Azərbaycan üçün yox, öz imicinizə və cibinizə çalışacaqsınız,
biz o gədər zəif bənd olaraq diaspor fəaliyyətində geri qalmaqda davam edəcəyik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button