Futbol üzrə dünya kuboku Bakıya gətirilib

Futbol üzrə dünya çempionatının kuboku 2018-ci il Dünya Çempionatı ərəfəsində dünya turnesi çərçivəsində bu gün Bakıya gətirilib.

Turnenin təşkilatçısı dördüncü dəfədir FİFA Coca-Cola şirkətidir. Azərbaycan üzrə turne AFFA milli futbol assosiasiyasının iştirakı ilə keçirilir.

Kuboku 1998-ci ildə Fransa yığmasının tərkibində dünya çempionu olan Kristian Karambe müşayiət edir.

Kubok Bakıda Gənclik Mall ticarət əyləncə mərkəzində futbol həvəskarlarına təqdim olunub.

Dünya Kubokunun hazırki turu əsas futbol trofeyinin dünyanın 50-dən çox ölkəsinə və 6 qitəsinə səyahətidir.

Dünya Kuboku (The World Cup) FIFA-nın himayəsi altında keçirilən futbol üzrə dünya çempionatlarının qaliblərinə təqdim olunan əsas mükafatdır.

FİFA dünya kubokundan ilk dəfə 1974-cü il dünya çempionatında istifadə olunub, həmin vaxt braziliyalılar “Qızıl tanrısı”nı – Nike yunan tanrısını təsvir edən Kuboku (Jyul Rime Kuboku) əbədi olaraq qazanmışdı.

FİFA kuboku malaxit əsas üzərində 18 karat qızıldan hazırlanıb, mükafatın üstündə Yer Kürəsi tutan iki futbolçu əks olunub.

Trofeyin hazırki sahibi 2014-cü ilin martında çempionatda qələbə qazanan Almaniyanın milli yığmasıdır.

2018-ci il futbol üzrə dünya çempionatı sayca 21-ci olacaq. Onun final hissəsi 2018-ci il iyunun 14-dən iyulun 15-nə qədər Rusiyada keçiriləcək.(turan.az)

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button