Gözəl Bayramlının həyatı təhlükədə: “Başıma bir iş gəlsə…”

“Sağlıq durumum gündən-günə pisləşir. Çünki məhbusların sahib olduğu heç bir hüququmdan istifadə etməyimə imkan verilmir. Başıma bir hadisə gəlsə, bunun günahkarı hökumət olacaq…”

Vəkili Zübeydə Sadıqova bildirir ki, bunu ona Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavinlərindən Gözəl Bayramlı deyib.

Vəkil G.Bayramlı ilə Bakı İstintaq Təcridxanasında görüşüb. Onun sözlərinə görə, siyasətçinin bəzi şəxslərlə zəngləşmək hüququ pozulur.

Zübeydə Sadıqova

Zübeydə Sadıqova

 

Vəkilə zəngə imkan verilmir

“Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə bir dəfə də olsun, onun vəkili ilə telefonla əlaqə saxlamasına imkan verməyiblər. Baxmayaraq ki, başqa dustaqların belə problemi yoxdur. Dəfələrlə vəkili ilə danışmaq istəyib, amma imkan verməyiblər. Üstəlik, iyunun 22-dən etibarən, ona ailəsindən başqasına zəng etmək qadağası qoyulub. Səbəbini soruşduqda, bunu yuxarıdan belə göstəriş gəlməsi ilə izah ediblər”, – vəkil Azadlıq Radiosu-na deyib.

Vəkilin bildirib ki, G.Bayramlı iyunun 22-dən etibarən istədiyi şəxslərlə əlaqə imkanı yaradılanadək zəng hüququndan imtina edib.

Z.Sadıqova G.Bayramlının sağlıq durumunun da pisləşdiyini bildirib: “Onun üz-çənə artrozu var. Tez-tez soda ilə boğazını yaxalamalıdır. Ailəsindən soda gətirməsini xahiş edib, gətiriblər. Amma sodanın təcridxanaya buraxılmasına imkan verməyiblər. Təcridxana da onu soda ilə təmin etməyib. Onsuz da xeyli sağlıq problemi olan G.Bayramlı deyir ki, bu, səhhətini daha da pisləşdirə bilər”.

Ancaq plastik qabdan istifadəyə imkan verirlər

Vəkil əlavə edir ki, G.Bayramlı həm də mədə ağrılarından əziyyət çəkir.

“Bu xəstəliyinə görə, həm Gürcüstandakı, həm də yerli həkimlər ona qida zamanı plastik qablardan istifadəni qadağan ediblər. G.Bayramlı bununla bağlı təcridxanadakıları da məlumatlandırıb. Ancaq təcridxanada yalnız ona plastika qablardan istifadə etməli olduğunu bildirirlər. Alternativ qablardan istifadə etməsi qadağan olunub”, – vəkil deyib.

Vəkil G.Bayramlının müalicə və müayinəsinin təmin edilməsindən ötrü Bakı İstintaq Təcridxanasına, Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət etdiyini, ancaq hər hansı addım atılmadığını bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button