Gülnaz Qəmbərli III mükafata layiq görüldü

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) jurnalistlər arasında “Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda keçirdiyi müsabiqə başa çatdı. Müsabiqəyə Azərbaycanda əmək hüququnun təminatı ilə bağlı problemlər, onları doğuran səbəblər və bu problemlərin həlli yolları, əmək hüququ sahəsində Azərbaycan qanunvericiliyinin tətbiqi praktikası ilə bağlı məsələlər (o cümlədən məhkəmə təcrübəsi) barədə yazılış və tanınan internetresursda yerləşdirilmiş, yaxud mətbuatda dərc olunmuş araşdırma xarakterli məqalələr qəbul edilmişdı.

Fevralın 1-dən martın 15-dək olan dövrü əhatə etmiş müsabiqəyə 20 yazı təqdim olunmuşdu. Bunlardan 7-si mətbuatda, 13-ü isə müxtəlif İnternet səhifələrində işıq üzü görmüş məqalələrdir. Münsiflər heyyəti məqalələri müəyyən edilmiş meyarlar üzrə qiymətləndirib. Əvvəlki müsabiqələrdə olduğu kimi, münsiflər qiymətləndirməni ayrı – ayrılıqda aparıblar. Ümumi nəticələrə görə, Gülər Mehdizadənin “Ev xidmətçisinin hüquqları qanunla tənzimlənmir” başlıqlı məqaləsi ən yüksək xal (103 xal) toplayaraq 1-ci olub. 101 xalla qiymətləndirilmiş Səxavət Həmidlinin “Əcəb işə düşdük…” başlıqlı məqaləsi 2-ci yerə layiq görülüb. Sonrakı iki məqalənin nəticəsi eyni olduğundan (99 xal) münsiflər onların hər ikisini 3-cü yerlə mükafatlandırıb. Bunlar Şəhla Əbusəttarın “Özünə umac ova bilməyib, xalqa əriştə kəsənlər” və Gülnaz Qəmbərlinin “Xural” qəzetində dərc olunmuş “İşləmək istəyirəm!” başlıqlı yazılardır. 1-ci yerin qalibi 500 AZN, 2-ci yerin qalibi 400 AZN, 3-cü yerin qalibləri isə hərəsi 300 AZN məbləğində pul mükafatı ilə mükafatlandırılıblar.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button