Həmsədrlər cəbhədəki gərginliklə bağlı toplaşır

ATƏT Parlament Assambleyası

ATƏT-in Minsk Qrupu gələn həftə Vyanada iclas keçirəcək.  

Toplantıda Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə olunacaq. “Təmas xəttində gərginliyin davam etməsi və ATƏT-in münaqişənin həllində rolu nəzərə alınmaqla, gələn həftə müntəzəm məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə həmsədr ölkələr “üçlüyü” (Rusiya, ABŞ, Fransa) toplaşacaq. Onların Minsk Qrupu üzvlərinə yaranmış vəziyyət və həmsədrlərin bu həlli uzanan münaqişənin tezliklə həlli istiqamətində sonrakı addımları barədə məlumat verəcəklər”, – deyə agentliyin həmsöhbəti bildirib.

Apa.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button