Həsən Abdullayevə AzTV-də yeni vəzifə verildi

aztvAzad Azərbaycan Televiziyasının keçmiş vitse-prezidenti Həsən Abdullayevə AzTV-də vəzifə verilib.

Aznews.az xəbər verir ki, Həsən Abdullayev televiziya layihələri üzrə baş prodüser təyin edilib. Bildirilir ki, kanalın yeni layihələrinin bir çoxu H.Abdullayevə tapşırılıb. Daxil olan digər məlumata görə, Həsən Abdullayev artıq bir neçə aydır ki, bu kanalda fəaliyyət göstərir. Məlumatı AzTV-dəki mənbələr təsdiqləyib.

Məlumat üçün bildirək ki, bu vaxta kimi AzTV-də baş prodüser vəzifəsi olmayıb. Bu post xüsusi olaraq H. Abdullayev üçün yaradılıb. Ona yaxın vaxtlarda kanalda daha yüksək səlahiyyətlər veriləcəyi gözlənilir.

Qeyd edək ki, H. Abdullayev bir neçə il ATV-də vitse-prezident vəzifəsində çalışıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button